Putin Zelenskini müharibəni dayandırmağa ÇAĞIRDI

30.09.2022 - 20:08

Rusiya prezidenti Vladimir Putin rəsmi Kiyev dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.

Cumhuriyyet.az xəbər verir ki, Putin bunu Rusiyaya yeni ərazilərin daxil olmasına dair sazişlərin imzalanması mərasimində deyib.

O qeyd edib ki, Kiyev Donbassda və zəbt edilmiş digər ərazilərdə insanların seçiminə hörmətlə yanaşmalıdır, yalnız bu, sülhə gedən yol ola bilər.

“Moskva elə hərəkət edəcək ki, Donbass və digər işğaldan azad edilmiş ərazilərin sakinləri bütün Rusiyanın dəstəyini hiss etsinlər” – deyən prezident söz verib ki, Rusiya Donbas, Xerson və Zaporojye ərazilərində təhlükəsizliyin yaxşılaşdırılması üçün çalışacaq.

“Rusiya bütün mövcud qüvvə və vasitələrlə öz torpağını müdafiə edəcək”.

Putin müharibədə iştirak edən əsgərlərin analarına və ailələrinə müraciət edərək, onların nə uğrunda mübarizə apardıqlarını izah edib:

“Bizim soydaşlarımız, qardaş və bacılarımız Ukraynada öz gözləri ilə gördülər ki, Qərbin hakim dairələri bütün bəşəriyyət əleyhinə nələr hazırlayırlar”.

Putin deyib ki, Qərb Rusiyanın 1990-cı illərdə dağılacağını gözləyirdi və indiyə qədər belə bir varlı ölkənin mövcudluğu onları narahat edir.

“Qərb dünyanı talan etməyə və bəşəriyyətdən xərac toplamağa imkan verən neokolonial sistemi qoruyub saxlamaq üçün hər şeyin üstündən keçməyə hazırdır. O, dünyada total suverenləşdirmə siyasəti aparır, öz suverenliyini onun xeyrinə təslim etməyə razı olmayan bütöv dövlətləri məhv edir.

Qərb bizi müstəmləkə, ruhsuz qullar kütləsi kimi görmək istəyir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182977

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930