Putin çıxış edəndə Kadırov AĞLADI

30.09.2022 - 20:17

Çeçenistan rəhbəri Ramzan Kadırov prezident Vladimir Putinin Rusiyaya yeni ərazilərin daxil olmasına dair sazişlərin imzalanması mərasimindəki çıxışı zamanı göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.

Mərasim Böyük Kreml Sarayının Georgiyevski zalında keçirilib. Ora Rusiya regionlarının rəhbərləri, nazirlər, senatorlar və deputatlar dəvət olunub.

Putinin çıxışı zamanı Kadırov başını yuxarı qaldırıb və gözlərindən yaş axdığı diqqətdən yayınmayıb.

Xatırladaq ki, bu gün prezident Putin Ukraynanın işğal olunmuş ərazilərinin “rəhbərləri” ilə “müqavilələr” imzalayıb.

Bu “müqavilərlər”lə Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye regionlarının Rusiyanın ərazisinə daxil olduğu bəyan edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182985

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930