Zaxarovadan aşağılayıcı çıxış: Qanlı cəlladlar NATO zibilliyinə gedən yolu seçirlər”

30.09.2022 - 21:35

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın NATO-ya təcili daxil olmaq ərizəsinə münasibət bildirib.

Cumhuriyyet.az Rusiya mətbuatına istinadən bildirir ki, Teleqram kanallarının birində çıxışı zamanı Zaxarova :

“Qadın və uşaqları öldürən qanlı cəlladlar NATO zibilliyinə gedən yolu seçirlər. Biz irəlidəyik. Çətin olacaq? Bəli. Çünki yıxılmaq həmişə hündürlük qazanmaqdan daha asandır. Siz də təsdiqləyə bilərsiniz: tarix boyu kənar əllər bizə müdaxilə edir”- fikirlərini səsləndirib.

“Bərabər, sülh və Allahla birlikdə irəliləyin”- Zaxarova deyib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bu gün ölkənin NATO-ya təcili qəbulu ilə bağlı bəyanat imzalayıb.

Rusiyalı senator Sergey Tsekov mətbuata verdiyi açıqlamada NATO-nun Ukrayna liderinin bu müraciətini qəbul edəcəyi təqdirdə ciddi münaqişə yaranacağını bildirib.

Qeyd edək ki, daha əvvəl Moskvada Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR), eləcə də Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında sazişlər imzalanıb.

Fevralın 24-də Rusiya DXR və LPR-ni “qoruma” əməliyyatlarına başlayıb.

Bundan əlavə, Xerson bölgəsini demək olar ki, tamamilə Rusiyanın nəzarəti altına keçmişdi.

Zaporojye vilayətinin Azov hissəsini də Rusiya nəzarətə götürmüşdü.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183009

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930