Türkiyə Ukraynanın 4 regionunun Rusiyaya birləşdirilməsini TANIMADI

01.10.2022 - 12:47

Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Ankara Ukraynanın işğal olunmuş dörd bölgəsinin Rusiya Federasiyasına birləşdirilməsini tanıya bilməz.

Cumhuriyyet.az-ın xəbərin görə, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “Bu qərar beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərinin kobud şəkildə pozulmasıdır və bizim tərəfimizdən qəbul edilə bilməz”.

Nazirlik böhranın “danışıqlar yolu ilə əldə ediləcək ədalətli sülh əsasında” nizamlanmasına tərəfdar olduğunu bir daha bəyan edib.

Sentyabrın 23-dən 27-dək qondarma “Donetsk və Luqansk xalq respublikaları”nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi üzrə referendum keçirilib.

Dünən isə prezident Vladimir Putin Kremldə Ukraynanın 4 regionunun Rusiyaya birləşdirilməsi və Rusiya Federasiyasının tərkibində yeni subyektlərin formalaşdırılması haqqında sazişlər imzalayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183056

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930