Qazaxıstan səfiri Rusiya XİN-ə çağırıldı

04.10.2022 - 22:00

Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev Ukrayna səfiri Pyotr Vrublevskinin Astanaya qayıtması barədə xəbərlərin yayılmasından sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb.

“Çox təəssüf edirəm ki, bu Bandera emissarının Astanaya heç vaxt qayıtmayacağına dair vədlər yerinə yetirilməyib”, – Zaxarova bildirib.

Bundan əvvəl sosial şəbəkələrdə Pyotr Vrublevskinin Ukraynanın mümkün qədər çox rusu öldürməyə çalışdığını bildirdiyi video yayımlanıb. Qazaxıstan Xarici İşlər Nazirliyi səfiri çağırdıqdan sonra ona etiraz edilib. Bəzi KİV-lər Pyotr Vrublevskinin hakimiyyətin tələbi ilə respublikanı tərk etdiyini yazıblar. Lakin Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov səfirin məzuniyyətdə olduğunu bildirib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183284

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930