Baydendən Zelenskiyə 625 milyon dollarlıq yeni vəd

04.10.2022 - 22:53

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskiyə 625 milyon dollar məbləğində daha bir hərbi yardım paketi təqdim edəcəyinə söz verib.

Cumhuriyyet.az xarici mətbuata istinadən bildirir ki, bu barədə oktyabrın 4-də Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

Çərşənbə günü Bayden və Zelenskinin telefon danışığı olub.

“Prezident Bayden 625 milyon dollarlıq yeni təhlükəsizlik yardımı paketinin təqdim edilməsi də daxil olmaqla, ehtiyac olduğu müddətcə Ukraynaya dəstəyini davam etdirəcəyinə söz verib”- bəyanatda deyilir.

Qeyd olunur ki, hərbi yardımın yeni partiyasına HIMARS reaktiv yaylım atəşi (MLRS), artilleriya sistemləri və döyüş sursatları, eləcə də zirehli texnika daxildir.

Bayden administrasiyası Birləşmiş Ştatların Ukraynaya ölkədə hərbi əməliyyatlar zamanı 1,5 milyard dollar məbləğində aylıq maliyyə yardımı verməyə hazır olduğunu və Avropa İttifaqından da eyni addımı gözlədiyini bəyan edib.

Hərbi yardım paketinə həmçinin nəqliyyat, texniki xidmət, Ukrayna Silahlı Qüvvələri və ölkənin təhlükəsizlik qüvvələrinə kəşfiyyat məlumatlarının verilməsinə dəstək daxildir.

Daha 4,5 milyard dolların isə Ukraynanın iqtisadi dəstəyinə, o cümlədən ölkənin dövlət orqanlarının işinin təmin edilməsinə yönəldilməsi planlaşdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183292

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031