İsrailin ordusu Livanla sərhəddə gərginliyə hazırlaşır
İsrailin müdafiə naziri Benni Qantz ölkənin hərbi strukturlarına həm müdafiə, həm də hücum ssenariləri daxil olmaqla, Livanla sərhəddə artan gərginliyə hazırlaşmağı tapşırıb.
Bu barədə cümə axşamı İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Müdafiə naziri Benni Qantz bu gün İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə Nazirliyinin baş direktoru və Əməliyyatlar rəisi ilə qiymətləndirmə iclası keçirib. Livanla dəniz sərhədi ilə bağlı danışıqlar ətrafında baş verənlər fonunda, nazir Gantz görüş zamanı müdafiə strukturlarına şimal istiqamətində gərginliyin artacağı istənilən ssenariyə, o cümlədən müdafiə və hücuma hazırlıqla bağlı tapşırıqlar verib”, – məlumatda bildirilib.
“Biz infrastrukturumuzu müdafiə etməyə hazırıq. Döyüşə qatılmaq istəməzdik, lakin buna da hazırıq”, – deyə nazir bəyan edib.
Qeyd edək ki, Livan və İsrail 856 kvadrat kilometrlik şelf sahəsi ilə bağlı bir-biri ilə mübahisə edir. Tərəflərdən hər biri onu Şərqi Aralıq dənizindəki eksklüziv iqtisadi zonasının bir hissəsi hesab edir. 1948-ci ildən formal olaraq müharibə şəraitində olan iki qonşu arasında dəniz sərhədi hələ də müəyyən edilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=183392