Şarl Mişel: “Rusiyanın Ukraynaya raket hücumu müharibə cinayətidir” – FOTO
Rusiyanın paytaxt Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı dəhşətli hücumları Kremlin çarəsizliyini göstərir.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “Twitter” səhifəsində yazıb.
O bildirib ki, bu hücumlar müharibə cinayətidir.
“Ukraynanı dəstəkləməyə və Rusiya rejimini məsuliyyətə cəlb etməyə davam edəcəyik” – Mişel vurğulayıb.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 11 nəfər ölüb, 87 nəfər yaralanıb.
Səid Ağayev
Short URL: http://www.cumhuriyyet.net/?p=183492