Belarus Ukrayna ilə sərhədə əlavə hərbi texnika toplayır

11.10.2022 - 19:29

Belarus Ukrayna ilə dövlət sərhədinin 17 km-liyində yerləşən Qomel vilayətinin Yelsk rayonuna əlavə hərbi texnika yığır.

Cumhuriyyet.az UNIAN-a istinadən xəbər verir ki, bunu “Belaruski Qayun” monitorinq qrupu bildirib.

Məlumata görə, Yelskin Dövlət Avtomobil Müfəttişliyi və İcraiyyə Komitəsinin binası yaxınlığında tezliklə hərbi təlim keçiriləcək.

Bildirilib ki, oktyabrın 12-də şəhərə əlavə hərbi texnika karvanının gətiriləcəyi gözlənilir. Bununla əlaqədar bütün təşkilatlara texnikanın hərəkəti zamanı cib telefonları gəzdirmək qadağası qoyulub. Bu qadağanı pozanlar barədə uyğun qurumların əməkdaşlarına məlumat verilməsi, eləcə də əsas yollarda avtomobillə hərəkət etməmək tövsiyə olunub.

Məlumata görə, bütün bunlar Belarus Silahlı Qüvvələrində yoxlamaların aparılması ilə bağlı ola bilər.

Qeyd edək ki, Belarus Milli Təhlükəsizlik Şurası oktyabrın 12-də Silahlı Qüvvələrdə yolxmaya başlayacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183537

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930