Bayden Zelenskiyə xəbərdarlıq etdi

12.10.2022 - 19:53

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskini Vaşinqtonun Kiyevə kifayət qədər yardım göstərməməsi barədə şikayətlərini dayandırmağa çağırıb.

 

Mənbə bu barədə Ağ evin sabiq əməkdaşlarından birinə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, Ukraynada hərbi əməliyyatlar başlayanda V.Zelenski dəfələrlə ABŞ-ı Ukraynaya silah tədarükünü artırmağa, habelə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

 

Ətraflı
“Baxmayaraq ki, bu çağırış səsləndirilməmişdən əvvəl Ağ ev və Konqres artıq Kiyevə görünməmiş səviyyədə yardım etmiş və müasir silahlar göndərmişdi. Co Bayden isə öz növbəsində V. Zelenskiyə deyib ki, əgər Ukrayna lideri yardımın kifayət etmədiyini söyləməyə davam etsə, Konqresdən pul istəmək onun üçün çətin olacaq”, – xəbərin müəllifi yazır.

 

Ağ evdən xəbəri dərc edən qəzetə bildirilib ki, Rusiya Ukraynada xüsusi əməliyyatı başlayandan bəri ABŞ və Ukrayna prezidentləri hər 2-3 həftədən bir əlaqə saxlayırlar:

 

“Bundan əvvəlki telefon danışığı oktyabrın 10-da baş tutub. Daha sonra Bayden Rusiyanın Ukraynadakı infrastruktur obyektlərinə raket zərbələri endirməsini pisləyib və Kiyevə özünümüdafiə üçün lazım olan yardımın göstərəcəyini vəd edib”. (Oxu.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183585

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930