Çexiya Şengen vizası olan rusiyalıların ölkəyə girişini qadağan edəcək

12.10.2022 - 21:15

Çexiya oktyabrın 25-dən etibarən Şengen turist vizası olan rusiyalıların ölkəyə girişini qadağan edəcək.

Bu barədə oktyabrın 12-də Çexiya xarici işlər naziri Yan Lipavski məlumat verib.

“Qısamüddətli vizası olan rusiyalılar Çexiyaya buraxılmayacaq”, – deyə, o bəyan edib.

Bu barədə qərar Çexiya hökumətinin iclasında qəbul edilib. Həmçinin toplantıda Ukraynanın bərpası və qaçqınlara humanitar yardımın göstərilməsi müzakirə olunub.

Lipavski viza qadağasının təhsil müəssisələrində təqaüd alan belaruslu tələbələrə şamil edilməyəcəyini də açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl, Finlandiya, Litva, Estoniya, Latviya və Polşa da təhlükəsizlik məqsədilə Aİ-nin digər ölkələrində verilmiş Şengen vizasına malik Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183603

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728