Kraliçanın mirası bu şəxslər arasında bölünəcək – 40% vergi tələbi

12.10.2022 - 22:28

Kraliça Elizabetin 447 milyon dollarlıq mirası ailə üzvləri arasında bölünəcək. Amma ən maraqlısı onun paltar və zinət əşyalarının necə paylaşılacağıdır. Saray ənənələrinə görə şəxsi zinət əşyalarının əsas payı gəlin Şahzadə Keytə çatacaq. Kraliça titulunu alan Kamilla isə Keytin seçmədikləri ilə kifayətlənəcək.

Bəs bu necə baş verə bilər?

Saray işçilərinin dediklərinə görə Kraliça hələ sağ ikən garderob vəsiyyətini edib. Bunda mühüm amil Kamillanın Kral Çarlzdan övladı olmaması, gələcək kraliça Keytin isə taxt varisinin üç uşağının anası olmasıdır. Kraliçanın bəzi tarixi anlarda geyindiyi simvolik geyimlər (məsələn, taxta çıxarkən geyindikləri və gəlinlik paltarı) sarayda nümayiş etdiriləcək və onlar heç kimə verilməyəcək.

Kraliça kolleksiyalarının hazırda ildə 2,5 milyon turist cəlb etdiyini nəzərə alsaq, əsrin ən önəmli simalarından biri olan Kraliça Elizabetə görə bu rəqəm ən azı iki dəfə artacaq. Onu da qeyd edək ki, ailənin şəxsi kolleksiyasında VIII Henrixin dövründən qalma 1 milyon parça var. Kraliçanın 98 broş, 46 boyunbağı, 34 sırğa, 15 üzük, 14 saat və 5 medalyondan ibarət ən azı 300 eksklüziv zinət əşyası var. Onları istədiyi şəxsə hədiyyə etmək isə yalnız Kraliçanın istəyinə bağlı idi.

Ən azı 50 əvəzolunmaz tacın əksəriyyəti kraliçadan miras qalmış və ya satın alınmışdır. Bunlar onun şəxsi əşyaları olduğu üçün onları kimə istəsə vəsiyyət edə bilərdi. Lakin onların əksəriyyəti kral kolleksiyasına veriləcək. Qalanı ilk növbədə Keyt və Kamilla, eləcə də Şahzadə Şarlotta və Lilibet də daxil olmaqla digər nəvələri arasında bölünəcək. Ən azı bir parça şıltaq gəlin Meqanın payına düşəcək.

40% VERGİ TƏLƏBİ

Məsələn, onun toylarda kirayə verdiyi tacları nəvələrinə, gəlinlərinə qoyub getdiyi güman edilir. Yalnız bu taclar geri verildikdə həmin insanlar 40% vergi ödəməlidirlər. Ona görə də ailədə daha çox kredit sisteminə üstünlük verilir. Kraliçanın əşyaları da daxil olmaqla, bütün Kral Xəzinəsinin idarə edilməsi Kral Çarlzın səlahiyyətindədir. Bu səlahiyyətlə kral istədiyi kimi hədiyyələr verə biləcək. Kraliça 70 il ərzində geyindiyi paltarları nadir hallarda ikinci dəfə geyinirdi.

Onun geyimlərinin hər birinin ən azı 25 illik yaşı var idi. Kraliça geyimlərinin bir hissəsini geyim hərraclarına bağışlayıb. Həmin şəxslər paltarları istəsə geyinə, istəsə sata bilər. Lakin satışın yeganə şərti onun Kraliçaya aid olduğunu göstərən bütün etiketləri silmək və bu məlumatı heç kimlə paylaşmamaqdır.(Sfera.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183614

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930