Cənubi Koreya son 5 ildə ilk dəfə Şimali Koreyaya sanksiyalar tətbiq edib

15.10.2022 - 00:37

Cənubi Koreya Şimali Koreyanın nüvə təhlükəsinin artmasına cavab olaraq son beş ildə Pxenyana qarşı ilk birtərəfli sanksiyalar çərçivəsində 15 fiziki və 16 hüquqi şəxsi qara siyahıya salıb.

Yeni sanksiyalar siyahısına Şimali Koreyanın raket proqramı ilə bağlı gəmiçilik şirkətləri və onların rəsmiləri, habelə kütləvi qırğın silahları üçün materialların satın alınması ilə məşğul olan şəxslər daxildir.

Xüsusilə, KXDR müdafiə sənayesi üçün satınalmalar üzrə ixtisaslaşan “Korea Ryonbong General Corp.” konqlomeratı, eləcə də ballistik raketlərin və nüvə silahlarının inkişafında xidmətləri olan Milli Müdafiə Elmləri Akademiyası nümayəndələrinə qarşı sanksiyalar tətbiq edilib.

Həmçinin, Şimali Koreyanın Raket Sənayesi Nazirliyi, “Hapjanggang Trading Corp.”, “Korea Rounsan Trading Corp.” şirkətləri, Dəniz Administrasiyası və Neft Sənayesi Nazirliyi də sanksiyalara məruz qalıb.//Oxu.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183748

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930