Rusiyada LGBT təbliğatı qadağası rəsmiləşdirilir

18.10.2022 - 23:40

Rusiyada gələn həftə LGBT təbliğatını qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim oluna və birinci oxunuşda qəbul edilə bilər.

Cumhuriyyet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Vyaçeslav Volodin bazar ertəsi dinləmələr zamanı elan edib.

Onun sözlərinə görə, qanun layihəsi vətəndaşların hüquqlarını məhdudlaşdırmaq deyil, müdafiə etmək məqsədi daşıyır.

“Biz özümüzü dünyada getdikcə daha çox yayılan qaranlıqdan qoruyuruq”, – o əlavə edib.

Volodinin fikrincə, bu çox əvvəldən düşünülməli idi.

Spiker vurğulayıb ki, Dumanın deputatları insanın ailə hüququna, uşaq dünyaya gətirmək, onları böyütmək imkanına təminat verməlidir. O, ABŞ-ın Merilend ştatının sosioloji məlumatlarına diqqət çəkərək bildirib ki, iki il ərzində cinsiyyəti ilə bağlı qərar verməyən məktəblilərin sayı 582% artıb.

“Oreqon Elm və Sağlamlıq Universitetinin Gender Klinikasında müalicə olunan xəstələrin sayı 10 ildən az müddətdə demək olar ki, 50 dəfə artıb. Bu məlumatları nəzərə alaraq, Rusiyaya ailələrin asayiş içində yaşamasına imkan verəcək, məktəbə gedən uşaqlar üçün qorxmamağa, filmə baxmağa gedəndə onlar üçün hansı tamaşanın göstəriləcəyindən narahat olmamağa gətirəcək qanunlara ehtiyac var. Çünki bu gün bütün bu sadalananlar çox vaxt dağıdıcı dəyərlər daşıyır”, – deyə o, bildirib.

Spikerin sözlərinə görə, o ümid edir ki, artıq Dövlət Duması tərəfindən qəbul ediləndən və Federasiya Şurası tərəfindən təsdiq ediləndən sonra qanun noyabrda imzalanmaq üçün prezidentə təqdim ediləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183904

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031