Putin bu ərazilərdə hərbi vəziyyət ELAN ETDİ
Ukraynadan ilhaq edilmiş 4 yeni bölgədə hərbi vəziyyət elan edilib.
Cumhuriyyet.az bildirir ki, bu barədə Vladimir Putin yeni qərar verib.
O, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə məlumatı açıqlayıb.
Xatırladaq ki, Rusiya Ukraynada son həftələrdə işğal etdiyi Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərini rəsmən ilhaq etdiyini açıqlayıb. Ukrayna lideri Zelenski isə Rusiyanın ilhaq etdiyi bütün bölgələri, o cümlədən Krımı geri alana qədər mübarizə aparacaqlarını bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=183925