İrana BÖYÜK ŞOK – Trampın məxfi sənədlərindəki sirlər ortaya çıxır

21.10.2022 - 23:31

FTB-nin avqust ayında keçmiş ABŞ prezidenti Donald Trampın Floridadakı evində apardığı axtarış zamanı əldə etdiyi bəzi sənədlərdə həssas bilgilər olduğu iddia edilir.

Cumhuriyyet.az “Washington Post”a istinadən xəbər verir ki, həmin məlumatlar İran və Çin haqqındadır.

Xəbərdə bildirilir ki, bəzi məxfi sənədlərdə Çinlə bağlı kəşfiyyat işləri barədə informasıyalar var. Gizli materiallardan ən az biri isə İranın raket proqramı ilə bağlıdır.

“Mütəxəssislər sənədlərdə müəyyən məlumatların icazəsiz açıqlanmasının böyük risk yaratdığını deyirlər. ABŞ kəşfiyyatına kömək edən insanlar təhlükə altında ola bilər. Həmçinin, digər ölkələr və ya ABŞ-ın düşmənləri Amerikanın gizli atdığı addımlara görə qisas ala bilər” – “Washington Post” yazır.

Xatırladaq ki, ötən ay “Washington Post” qəzeti ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı evində axtarış zamanı Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları tərəfindən ələ keçirilən sənədlər arasında adı açıqlanmayan xarici ölkənin nüvə silahına dair çox məxfi dosyenin olduğunu yazmışdı.

Qəzet dosyenin hansı ölkənin nüvə potensialı ilə əlaqəli olduğunu, bu ölkənin ABŞ-a dost və ya düşmən sayıldığına dair heç bir ipucu verməmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184017

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930