Çavuşoğlu: “ABŞ üçün indi ən böyük təhdid Çindir”
“Ukraynadakı müharibə beynəlxalq sistemdə ciddi dəyişikliklərə səbəb olub”.
Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Rusiya ilə Qərb arasındakı mübarizə gedir: “Artıq “çirkli bomba” məsələsi gündəmə gəlib”.
M.Çavuşoğlunun fikrincə, ABŞ üçün indi ən böyük təhdid Çindir: “Çin də öz növbəsində daha iddialı davranır”.
O, həmçinin Türkiyənin balanslı diplomatiyanı davam etdirdiyini vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=184185