Ərdoğandan Rusiyanın “taxıl dəhlizi” sazişindən çıxmasına İLK REAKSİYA

31.10.2022 - 16:10

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiyanın taxıl sazişini dayandırması ilə bağlı qərarına reaksiya verib.

Cumhuriyyet.az bildirir ki, ölkə başçısı Türk Tibb Dünyası Konqresində çıxışı zamanı bu barədə danışıb. O, fikirlərini bu cür ifadə edib:

“İndi ərzaq böhranı yaşayırıq. Dünyada buğda istehsalının üçdə biri Rusiya və Ukraynaya aiddir. Biz 9,3 milyon ton Ukrayna buğdasını dünyanın xidmətinə verdik və bununla da ərzaq böhranını nisbətən azaldıldı. Eyni imkanlar onlar üçün nəzərdə tutulmadığına görə Rusiya tərəddüd etsə də, biz bəşəriyyətə xidmət etmək üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik”.

Qeyd edək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna taxıl ixracı sazişində iştirakın dayandırıldığını elan edib. Agentlik buna səbəb kimi Ukraynanın həmin gün “Böyük Britaniya mütəxəssislərinin iştirakı ilə” Qara dəniz donanmasının gəmilərinə və “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı həyata keçirdiyi əməliyyatı göstərib. Müqavilə iyulun 22-də Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna tərəfindən imzalanıb.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184214

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031