Polşa Rusiya ilə sərhəddə sədd tikir

02.11.2022 - 13:31

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizliyi gücləndirir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini, müdafiə naziri Mariuş Blaşak deyib.

“Mən Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizliyi artıracaq tədbirlər görmək qərarına gəlmişəm”, – o bildirib.

Onun sözlərinə görə, Polşa Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhədində hündürlüyü 2,5 metr, eni 3 metr olan tikanlı məftilli hasarın tikintisinə başlayıb: “Artıq bu gün Polşa ordusunun istehkamçılarının, əsgərlərinin iştirakı ilə Polşa-Rusiya sərhəddində müvəqqəti maneənin tikintisinə başlanılıb”.

Nazir qərarını Rusiyanın Kalininqrad vilayətinin hava limanını Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün açması ilə izah edib ki, bu da Varşavanın fikrincə, miqrasiya təzyiqi riskləri yaradır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184288

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30