Roma Papası Bəhreyndə Tatarıstan Prezidenti ilə görüşüb
Tatarıstan Prezidenti Rüstəm Minnixanov Bəhreynin paytaxtı Manamada Roma Papası ilə görüşüb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Minnixanov Telegram kanalında yazıb.
“Səhər biz Papa Fransisklə danışdıq. Mən ona Tatarıstan timsalında dedim ki, ölkəmizdə əsrlər boyu bütün millətlər sülh və əmin-amanlıq şəraitində harmonik yaşayırlar. Simvolikdir ki, bu gün ölkəmizdə Xalq Birliyi günü qeyd olunur”, – deyə Minnixanov qeyd edib
Short URL: http://www.cumhuriyyet.net/?p=184413