Medvedev: “Öz torpaqlarımız üçün mübarizə aparırıq”

04.11.2022 - 14:05

Rusiya “can verən dünya”ya qarşı ondan ötrü müqəddəs olan torpaq və orada yaşayan insanlar üçün mübarizə aparır. Onun silahı həqiqətdir.

Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb. O, paylaşımı noyabrın 4-də qeyd olunan Milli Birlik Gününə həsr edib.

Medvedev “Niyə bizim işimiz haqq işidir?” sərlövhəli paylaşımında yazıb: “Biz nə üçün mübarizə aparırıq? Rusiya Federasiyası zəngin və nəhəng ölkədir. Rusiyaya yad ərazilər lazım deyil, bizdə hər şey boldur”.

Sədr müavini rus torpaqlarının ruslar üçün müqəddəs olduğunu qeyd edib. O, yazıb ki, “orada bizim əcdadlarımız yaşayıb, indi də bizim xalqımız yaşayır”.

Medvedev onu da vurğulayıb ki, Rusiya öz torpağını heç kimə verməyəcək: “Biz öz xalqımızı qoruyuruq. Öz torpaqlarımız üçün, min illik tariximiz üçün mübarizə aparırıq”.(azvision.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184438

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930