ABŞ-da panika – Heç kim gözləmirdi

04.11.2022 - 23:20

Çin hakimiyyəti bəzi sahələrdə ABŞ-la əməkdaşlığı müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Cumhuriyyet.az  xarici mətbuata istinadən bildirir ki, bu rəsmi Pekinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan səfərinə cavabı olub.

Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, ABŞ ilə regional hərbi komandanlıqlar səviyyəsində dialoqu, ABŞ Müdafiə Nazirliyinin nümayəndələri ilə iş görüşlərini və dəniz təhlükəsizliyi çərçivəsində ABŞ nümayəndələri ilə görüşləri dayandırır.
Bundan əlavə Çin ABŞ-la iqlim dəyişikliyi ilə bağlı danışıqlardan, həmçinin narkotiklərlə mübarizə, beynəlxalq cinayətkarlıqla mübarizə və qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı sahələrdə əməkdaşlıqdan da imtina edir.

Həmçinin Çin və ABŞ arasında məhkəmə çəkişmələri və ədalət mühakiməsi sahəsində əməkdaşlıq müvəqqəti olaraq dayandırılır.

Qeyd edək ki, Nensi Pelosinin Tayvana səfərindən sonra Çin gömrüyü Tayvana qarşı bir sıra sanksiyalar tətbiq etdiyini açıqlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184494

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30