KİV: Kreml iki illik hərbi xidmət ideyasını dəstəkləməyib

08.11.2022 - 14:20

Rusiya Müdafiə Nazirliyi və prezident administrasiyası deputatların və senatorların çağırış üzrə hərbi xidmət müddətinin bir ildən iki ilədək artırılması ideyasını dəstəkləməyib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Federasiya Şurasındakı iki mənbəyə və Müdafiə Nazirliyinə yaxın mənbəyə istinadən məlumat yayıb.

MN-dəki mənbənin fikrincə, hakimiyyət ordunun “kəmiyyətcə yox, keyfiyyətcə” hazırlığına diqqət yetirməyi zəruri hesab edib. Nəşrin parlamentin yuxarı palatasındakı həmsöhbəti aydınlaşdırıb ki, Kreml bu qərarı qəbul edərkən ona qarşı çıxan parlamentarilərin mövqeyini nəzərə alıb.

Qeyd edək ki, oktyabrın ortalarında senator Vladimir Cabarov orduda çağırış müddətinin iki ilədək artırılması təklifi ilə çıxış edib. Onun fikrincə, belə bir yanaşma daha effektiv olardı, çünki çağırışçıya hər şeyi bir il ərzində öyrətmək çətindir. Onu Dövlət Dumasının deputatı Mixail Şeremet dəstəkləyib və bunun ordunun döyüş hazırlığını tez bir zamanda artıracağını qeyd edib.

Kreml oktyabrın 21-də belə bir təşəbbüsün müzakirə olunmadığını və bu məsələdə öz mövqeyinin olmadığını bəyan edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, bu işdə əsas mövqe Müdafiə Nazirliyinin olacaq.

Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondarev bildirib ki, təşəbbüslə bağlı yuxarı palatada məsləhətləşmələr planlaşdırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184545

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30