Aİ İrana qarşı yeni sanksiyalar paketini təsdiqlədi

14.11.2022 - 15:02

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

Cumhuriyyet.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı qərar bu gün Brüsseldə xarici işlər nazirlərinin iştirakı ilə keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul olunub.

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki bu sanksiyalarla Avropa İttifaqı Tehrandakı İran rejiminə yeni, birmənalı siqnal göndərir: “İnsan haqları bölünməzdir. İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının güc dairəsinə və onun maliyyələşməsinə təsir edən növbəti sanksiyalar paketini yenicə qəbul etdik. Və 16 dövlətlə birgə biz İranda baş verən cinayətləri BMT İnsan Haqları Şurasının gündəliyinə salmağı bacardıq. Nə Tehranda, nə Məşhəddə, nə də İsfahanda heç kim törədəcəyi cinayətlərin nəticəsiz qalacağına inanmamalıdır. Avropa və dünya baş verənləri izləyir, biz izləməyə davam edəcəyik və daha çox sanksiya siyahı hazırlayacağıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184784

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930