Almaniya səfiri İran XİN-ə ÇAĞIRILDI

14.11.2022 - 21:49

Almaniyanın İrandakı səfiri Hans Edo Motsel Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Cumhuriyyet.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru bu görüşdə Almaniya kanslerinin məsuliyyətsiz bəyanatlarını pisləməklə yanaşı, Almaniyanın İranın daxili işləri ilə bağlı destruktiv yanaşmalarına sərt etirazını səfirə çatdırıb.İran Xarici İşlər Nazirliyinin rəsmisi bu cür qeyri-konstruktiv bəyanatların və hərəkətlərin davam etdirilməsinin iki ölkə arasında münasibətlərin gələcəyi ilə bağlı təsirlərinə görə Almaniya tərəfinin məsuliyyət daşıdığını bildirib.

Almaniya səfiri cavabında bildirib ki, İran İslam Respublikasının mesajını ən qısa zamanda öz hökumətinə çatdıracaq.

Bu görüşdə İran İslam Respublikasının rəsmi etiraz notası da Almaniya səfirinə çatdırılıb.

Xatırladaq ki, səfir Hans Edo Motselin İran XİN-ə çağırılması Almaniya kanslerinin İran İslam Respublikasına qarşı bəyanatlarından sonra baş verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184805

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930