Rusiya XİN başçısı: Ukraynanın tələbləri adekvat deyil
Ukraynanın tələbləri adekvat deyil.
Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Ukrayna qeyri-real şərtlər irəli sürüb.
“Zelenskinin G20-dəki çıxışından belə çıxır ki, o, Rusiya ilə danışıqlarla bağlı Qərbin heç bir məsləhətinə qulaq asmır. Rusiya Qərbin Zelenskini intizamda saxlamaqda maraqlı olduğuna dair konkret sübutlar görmək istəyir”, – Rusiya XİN başçısı vurğulayıb.
Lavrov onu da bildirib ki, Ukrayna danışıqlardan nə qədər çox müddət imtina etsə, razılaşmaq bir o qədər çətin olacaq: “Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir. Danışıqlardan imtina edən tərəf Ukraynadır”.(apa)
Short URL: http://www.cumhuriyyet.net/?p=184866