Ermənistanda əsgər xidmət yoldaşını öldürdü
Ermənistan ordusunun hərbçisi həmkarının açdığı atəş nəticəsində ölüb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb.
Qeyd olunur ki, noyabrın 15-də hərbi hissələrdən birinin döyüş mövqeyində sıravi Vahe Ovsepyan (2002-ci il təvəllüdlü) həmkarı tərəfindən açılan atəş nəticəsində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=184903