Lavrov G20 sammitini yarımçıq tərk etdi

15.11.2022 - 19:42

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Balidə keçirilən G20 sammitində iştirak proqramını tamamlayıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nazirin təyyarəsi Denpasar hava limanından Rusiyaya uçub.

Bundan əvvəl media G20 ölkələrinin və beynəlxalq təşkilatların liderlərinin qeyri-rəsmi şam yeməyindən sonra fotosessiyada cəmi 5 nəfərin iştirak etdiyini yazmışdı.

Qeyd edək ki, G-20 sammiti 15-16 noyabr 2022-ci il tarixlərində İndoneziyanın Bali adasında keçirilir. Bu, böyük iyirmilik qrupuna (G20) daxil olan dövlət başçılarının sayca on yeddinci görüşüdür.

Short URL: http://www.cumhuriyyet.net/?p=184921

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930