Bayden Putini sərt şəkildə tənqid edib

16.11.2022 - 12:26

“Putin mülki hədəflərə, uşaqlara və qadınlara zərbələr endirir, bu, barbarlıqdır”.

Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Balidə G20 ölkələrinin dövlət və hökumət başçılarının Zirvə toplantısı çərçivəsində Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşündə deyib.

“Biz artıq NATO-dakı həmkarlarımız və G7 liderləri ilə Rusiyanın Kiyevə və Ukraynanın qərbinə endirdiyi son raket zərbələri ilə bağlı görüşmüşük. Bu sadəcə amansızdır. Balidə dünya liderlərinin qlobal sülhdə irəliləyiş əldə etməyə çalışdığı bir vaxtda, Putin mülki hədəflərə, uşaqlara və qadınlara zərbələr endirir. Demək istəyirəm ki, – bu mənim sözlərimdir, sizin deyil – onun etdikləri barbarlıqdır. Rusiya isə müharibəni dayandıra bilər və dayandırmalıdır. Onlar bunu bacararlar. Əgər bunu istəsəydilər, günü sabah dayandıra bilərdilər”, – Bayden əlavə edib.(apa)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184959

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930