Stoltenberq: Çin Ukraynanın işğalını açıq şəkildə qınamalıdır

16.11.2022 - 17:19

Düşünürəm ki, Çin Ukraynanın işğalını açıq şəkildə qınamalıdır. Çünki bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır, həmçinin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təhlükədir.

Cumhuriyyet.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Polşaya endirilən raket zərbəsi ilə bağlı fövqəladə iclasdan sonra mətbuat konfransında deyib.

“Məsələn, Çin işğalı pisləyən BMT qətnamələrinin lehinə səs verməyib. Və Çin bu müharibə ilə bağlı daha çox Rusiyanın narrativini paylaşır, hansı ki, bu narrativ doğru deyil. Rusiya və Prezident Putin bu müharibəyə görə məsuliyyət daşıyır. Biz xatırlamalıyıq ki, bu işğalçılıq müharibəsidir, bir ölkə digərinin ərazisini işğal edərək onun torpaqlarına nəzarət etməyə çalışır. Əgər Prezident Zelenski və Ukrayna xalqı müharibəni dayandırsa, bu zaman Rusiya qalib gələcək və hərbi məqsədlərinə nail olacaq. Əgər Putin və Rusiya müharibəni dayandırsa, o zaman sülh bərqərar olacaq. Ukrayna dayansa, o müstəqil dövlət kimi mövcudluğunu dayandıracaq, ona görə də Ukraynanın özünümüdafiə hüquq var”, – NATO Baş katibi qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185023

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30