Çavuşoğlu: İstanbulda terror aktını törədənlərin hamısı cavab verəcək
İstanbulun İstiqlal küçəsində terror aktını törədənlərin hamısı cavab verəcək.
Cumhuriyyet.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu terror aktının baş verdiyi yeri ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu terror aktı ilə bağlı istintaq davam edərkən Türkiyə terrola mübarizəni də davam etdirəcək: “Bizim hərbi əməliyyatlarımız heç bir zaman bitməyəcək. İstər Suriyada, istərsə də İraqda olsun, PKK, YPG, İŞİD-ə qarşı əməliyyatlarımız davam edir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=185179