Moldovanın eks-prezidenti ev dustaqlığından azad edildi

18.11.2022 - 22:39

Moldovanın keçmiş prezidenti İqor Dodon ev dustaqlığından azad edilib.

Bu barədə Moldova Respublikasının Ali Ədliyyə Məhkəməsi qərar qəbul edib.

Bununla bağlı keçirilən məhkəmə iclası “Telegram” kanalında yayımlanıb.

“İqor Dodonun ev dustaqlığında saxlanılması ilə bağlı ittiham tərəfinin tələbi rədd edilsin. Eyni zamanda o, 60 gün məhkəmə nəzarətində qalacaq və bu müddət ərzində onun ölkədən çıxışı qadağandır”, – deyə hakimin səsləndirdiyi hökmdə qeyd edilib.

Xatırladaq ki, Dodon mayın sonunda saxlanılıb və ona qarşı dövlətə xəyanət, qanunsuz şəkildə varlanma, korrupsiya və partiyanı qanunsuz maliyyələşdirmə ittihamları irəli sürülüb. Vəkillərin sözlərinə görə, ona qarşı səkkiz cinayət işi açılıb, onlardan üçü məhkəmələrə yönləndirilib. Müdafiə tərəfi məhkəmənin açıq keçirilməsində israrlıdır.

Eks-prezident bildirib ki, onun günahsızlığına dair sübutları var. O hesab edir ki, onun həbsinin arxasında Prezident Maya Sandu və Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası dayanır.

2021-ci il seçkilərində Moldova Respublikası Sosialistlər Partiyasının məğlubiyyətindən sonra Dodon partiya lideri postunu tərk edərək Moldova-Rusiya Biznes İttifaqına rəhbərlik edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185211

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30