NATO-nun baş katibi: “Silahımız tükənir”

21.11.2022 - 15:15

“Şimali Atlantika Alyansının silah-sursat ehtiyatlarının böyük hissəsi tükənib. Bu baxımdan onların istehsalını artırmaq lazımdır”.

Cumhuriyyet.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Baş katib Ukraynaya uzunmüddətli dəstək üçün onun hərbi potensialını aktivləşdirməyin lazım olduğunu vurğulayıb.

Stoltenberq Alyansın silah və sursat ehtiyatlarının böyük hissəsinin tükənməsi səbəbindən hərbi-sənaye kompleksinin fəaliyyətini gücləndirməyə çağırıb. NATO baş katibinin fikrincə, bunun üçün Alyans ölkələri Ukraynanın müdafiəsini gücləndirmək naminə böyük qiymət (daha yüksək enerji qiymətləri və digər iqtisadi nəticələr daxil) ödəməyə hazır olmalıdırlar. Çünki Ukrayna onlara görə daha ağər bədəl ödəyir.

“Bunu heç vaxt unutmamalıyıq: bizim ödədiklərimiz sadəcə pulla, Ukraynanın ödədiyi qiymət isə hər gün həyatla, qanla, ölçülür və biz onları dəstəkləməyə borcluyuq”, – deyə Yens Stoltenberq qeyd edib.(musavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185290

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930