Türk Hava Yolları Rusiyadan çarter reyslərini ləğv edib

21.11.2022 - 20:40

Türk Hava Yolları Kalininqraddan Antalyaya qış çarter reyslərini ləğv edib.

Bu barədə Xrabrovo hava limanının mətbuat xidməti xəbər verib.

“Xrabrovo Hava Limanı Türk Hava Yollarından 22 noyabr 2022-ci il tarixindən 24 mart 2023-cü il tarixədək Antalyaya əvvəlcədən razılaşdırılmış reyslərin ləğvi ilə bağlı bildiriş alıb”, – deyə mətbuat xidmətindən bildirilib.

Hava Limanı İdarəsi qeyd edib ki, aviaşirkət öz qərarı üçün səbəb göstərməyib. Yayda Xrabrovodan uçuşlar Türk Hava Yollarının törəmə şirkəti olan “AnadoluJet” tərəfindən həyata keçirilirdi.

Bundan əvvəl aviaşirkət Yekaterinburq, Minsk, Soçi, Krasnodar və Rostova uçuşları dayandırmaq qərarını ilin sonuna qədər uzadıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185341

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930