Zelenski Ukraynanın NATO üzvlüyünə qəbul olunmasını istəyib

21.11.2022 - 22:25

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Ukraynanın NATO-ya və Avropa İttifaqına üzv qəbul olunmasını istəyib.

Cumhuriyyet.az-ın xəbərinə görə, Zelenski bu təklifi NATO-nun Parlament assambleyasının Madriddə keçirilən iclasında videobağlantı ilə çıxışı zamanı bildirib.

“Ukraynanın bizim cəmiyyətin müdafiəsinə verdiyi töhfəni öz gözünüzlə görürsünüz. Biz fevralın 24-dən sonra real olaraq birləşmişik. Buna görə də, Ukrayna NATO-nun və Aİ-nin tamhüquqlu üzvü olmalıdır. Mən sizi Ukraynanın NATO-ya və Aİ-yə üzvlüklə bağlı müraciətini dəstəkləməyə çağırıram” – deyə Zelenski vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=185343

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031