Dünyada ilk dəfə narkotik aslılığına qarşı vaksin hazırlandı – ABŞ alimlərindən yenilik

22.11.2022 - 11:57

ABŞ-ın Hyuston və Yeni Orlean Universitetlərinin elmi-tədqiqat mərkəzlərinin alimləri dünyada ilk dəfə olaraq narkotik aslılığına qarşı vaksin hazırlayıblar.

Cumhuriyyet.az bildirir ki, bu barədə “Pharmaceutics” nəşri məlumat yayıb. Alimlər vaksini siçovullar üzərində sınaqdan keçiriblər. Nəticədə aydın olub ki, vaksin fentanil adlı narkotik maddənin siçovulun beyninə daxil olmasını əngəlləyir və asılılığın inkişafına mane olur.

Söhbət xaşxaşdan ağrıkəsici kimi alınan opioid pereparatından gedir. Bu pereparatla bağlı doza həddinin aşınması və ölüm halları artıb. Ekspertlərin fikrincə, narkotik maddələrdən asılılıq müalicə olunan olsa da 80 faiz adamlar bunun residiv halından əzab çəkir.

Tədqiqat zamanı alimlər siçovullara 3 həftə intervalla 3 dozada vaksin vurublar. Gəmiricilərin digər qrupuna isə terapevtiv addım kimi nəzərdə tutulan, heç bir müalicəvi effekti olmayan platsebo həblərini veriblər. Vaksin verilmiş siçovullarda zaman keçdikcə fentanil əleyhinə antielin səviyyəsi yüksəlməyə başlayıb.

Altı həftədən sonra alimlər təsdiq ediblər ki, vaksin fentanilin ağrıkəsici effektini bloklayıb. Yarılma göstərib ki, vaksin siçovulun baş beynindəki fentanilin səviyyəsini aşağı salıb. Tədqiqatçılar siçovulların immun sistemində hər hansı əlverişsiz yan təsir müşahidə etməyiblər.

“Bizim vaksin narkotik maddə olan fentanilə qarşı antitel yaratmaq imkanına malikdir. Onun beyinə keçməsinin qarşısını alır, böyrəklər vasitəsilə xaric olunmasını imkan verir”.-deyə Hyuston Universitetinin dosenti Kolin Heyl bildirib.

Güclü ağrıkəsiçi sayılan fentanilin sintetik opiodu morfidən 100 dəfə güclü heab olunur. ABŞ-da hər gün fentanilin doza həddinin keçiməsi nəticəsində 150 nəfər ölür. Hazırda təddiqatçılar bu vaksini insanlar üzərində sınamağa hazırlaşırlar. Vaksin yalnız narkotik asılılığını aradan qaldırır, ondan tam qurtulmağa kömək etmir.(Azpost.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185377

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031