KTMT-nin toplantısında bu sənədlər imzalanacaq

23.11.2022 - 15:05

KTMT-nin Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Təhlükəsizlik Şurası Katibləri Şurasının Birgə iclasının iştirakçıları 24 sənədin imzalanması üçün dəvət olunub.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas məlumat verib.

İclası giriş sözü ilə açan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan KTMT-də konstruktiv və açıq fikir mübadiləsinə uyğun olaraq beynəlxalq, regional təhlükəsizlik sahəsində mövcud vəziyyəti təhlil edib qiymətləndirə biləcəklərini gözlədiklərini deyib.

Onun sözlərinə görə, gündəm kifayət qədər zəngindir, qəbul ediləcək məsələlərin sırasına həm siyasi, həm müdafiə aspektli, həm də təhlükəsizlik problemləri daxildir.

İclasın gündəliyini KTMT-nin baş katibi Stanislav Zas təqdim edib. O bildirib ki, iclas iştirakçılarından 24 sənədin razılaşdırılması və imzalanması tələb olunacaq. Sənədlər noyabrın 21-də və 22-də onu hazırlayan komissiyaların prosedurlarından keçib. Görüş zamanı hərbi-siyasi vəziyyətin müzakirəsi təklif olunub.(musavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185517

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031