Peskov: “Paşinyan KTMT-nin işini fiasko kimi şərh edir”
“Ermənistanın Baş naziri (Nikol Paşinyan – red.) dar tərkibdə çıxış edərək KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı işini daha çox fiasko kimi şərh etməyə hazır olduğunu bildirib”.
Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Bu, erməni tərəfinin nöqteyi-nəzəridir, vəziyyəti bu cür qiymətləndirmək erməni tərəfinin haqqıdır”, – Rusiya Prezidentinin sözçüsü vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=185576