Saakaşvilinin vəziyyəti PİSLƏŞDİ

29.11.2022 - 14:02


Saakaşvilinin vəziyyəti pisləşib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Gürcüstanın ictimai müdafiəçisi Nino Lomcariya məlumat verib.

O, siyasətçiyə baş çəkib və vəziyyəti ilə tanış olub.

“Eks-prezident Mixail Saakaşvilinin səhhətinin ötən illə müqayisədə pisləşdiyini başa düşmək üçün onun vizual müayinəsi kifayətdir”, – deyə Lomcariya bildirib.

Onun sözlərinə görə, Saakaşvili nəzərəçarpacaq dərəcədə arıqlayıb, o, danışmaqda çətinlik çəkir, çox danışa bilmir.

“Mən onunla 10 dəqiqəyə yaxın danışdım. Çünki başa düşürəm ki, onun üçün daha çox danışmaq çətindir. Mən həkim deyiləm, amma onun yanvarda Qori xəstəxanasında necə olduğunu xatırlayıram. Vizual fərq diqqəti çəkir. Sağlamlığın vəziyyətinin kəskin şəkildə pisləşdiyini əyani şəkildə görmək olar. O, nəzərəçarpacaq dərəcədə arıqlayıb”, – Lomcariya deyib.(konkret.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185840

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728