Quterreş: “İnnovasiya və texnologiya inklüzivlik üçün güclü vasitə ola bilər”

03.12.2022 - 17:30

“İnnovasiya və texnologiya inklüzivlik üçün güclü vasitə ola bilər”

Cumhuriyyet.az-ın xəbərinə görə, bu fikirlər BMT baş katibi Antoniu Quterreşin Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar müraciətində yer alıb.

Müraciətdə deyilir:

“Bu il Beynəlxalq Əlilliyi olan Şəxslər Günü əlçatan və ədalətli dünyanın qurulmasında innovasiyaların roluna həsr olunub.

Dünyamız əlilliyi olan insanlara qeyri-mütənasib şəkildə təsir edən böhranlar şəlaləsi ilə üzləşir.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kimi kənarda qoymamaq üçün dəyişikliyə aparan həllərə ehtiyacımız var. Bu, əlilliyi olan insanlar üçün və onlarla birlikdə strategiyaların işlənib hazırlanması məqsədilə dövlət və ictimai sektorlar arasında daha geniş əməkdaşlığı tələb edir. Bu əməkdaşlığın təməl daşı bütün müxtəlifliyi ilə əlilliyi olan şəxslərin fəal iştirakı və onların qərarların qəbulu ilə bağlı hər prosesə daxil edilməsi olmalıdır.

İnnovasiya və texnologiya inklüzivlik üçün güclü vasitə ola bilər. Onlar məlumat, təhsil və ömür boyu öyrənmə imkanlarına çıxışı genişləndirə bilərlər. Bu vasitələr həmçinin əlilliyi olan şəxslərin bərabər əsaslarla əmək fəaliyyətində və bütövlükdə cəmiyyətdə iştirakı üçün yeni imkanlar aça bilərlər. Lakin texnologiyanın potensialından tam faydalanmaq üçün biz rəqəmsal uçurumu aradan qaldırmalı və rəqəmsal məkanda insan hüquqlarını qorumalıyıq. Əlilliyi olan Şəxslər üçün BMT-nin İnklüzivlik Strategiyası bu sahədə irəliləyişi və təşkilatın çalışdığı bütün istiqamətlərdə əlçatanlığı təmin etmək üçün konkret yol xəritəsi təqdim edir.
Baş qərargahda və çalışdığımız bütün ölkələrdə rəqəmsal əlçatanlığı qiymətləndirir, maneələri aradan qaldırır və təşviq edirik, əlilliyi olan şəxslərin inklüziyası ilə bağlı nümunə göstəririk.

Gəlin belə bir gündə və hər gün hamıya əlçatan və ədalətli dünya qurmaq üçün innovativ həllər tapmaq yolunda birlikdə çalışaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186018

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930