Tbilisidə Saakaşvili tərəfdarlarının mitinqi keçirilir

03.12.2022 - 20:56

Müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri, eləcə də onların tərəfdarları şənbə günü Tbilisidə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə mitinq keçirirlər.

“Bütün dünya, bütün ölkə görməlidir ki, biz (keçmiş) prezidentin ölümünü qəbul etməyəcəyik. Ölkəmiz prezidentlərin qəbiristanlığı olmamalıdır”, – Gürcüstan parlamentinin Milli Hərəkatdan olan üzvü Levan Xabeişvili deyib.

Bir neçə yüz nəfər əvvəlcə Tbilisidə Barataşvili körpüsünün yaxınlığında toplaşıb, sonra isə hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyasının ofisinə doğru yürüş edib. Aksiya “Mişa sağ qalmalıdır” adlanır. Hakim partiyanın binası yaxınlığında gücləndirilmiş polis dəstələri növbə çəkir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186021

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728