Qırğızıstan-Tacikistan sərhədində ALOVLANMA

03.12.2022 - 22:18

Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə baş verib, Qırğızıstan vətəndaşı havaya üç xəbərdarlıq atəşi açıb.

Cumhuriyyet.az “Report”a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Bildirilib ki, Tacikistan vətəndaşları Somonien (Tacikistan – red.) kəndindən keçərək Daxma kəndinə doğru hərəkət edən qırğızlara qarşı nalayiq ifadələr işlədib. Nəticədə onlar arasında dava düşüb.

“Münaqişənin genişlənməsinin qarşısını almaq üçün Qırğızıstan vətəndaşı ov silahından istifadə edərək havaya 3 dəfə xəbərdarlıq atəşi açıb. Hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün hazırda Qırğızıstan və Tacikistanın Batken və İsfara bölmələri üzrə sərhəd nümayəndələri səviyyəsində görüş keçirilir”, – xidmətin məlumatında deyilir.

Tacikistan tərəfi bir nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186036

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728