Nuland: “Rusiya ordusu müharibədə hər cəhətdən zəiflik nümayiş etdirir”

03.12.2022 - 23:59

“Rusiya ordusu müharibədə hər cəhətdən zəiflik nümayiş etdirir”.

Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ukraynalı jurnalistlərlə görüşündə deyib.

“Baxmutun yaxınlığında baş verənlərə baxın. Birinci Dünya Müharibəsindəki səngər döyüşünə bənzəyir. Rusiya ordusu Ukraynanın güclü müdafiə xəttini yara bilmir”, – Nuland bildirib.

Dövlət katibinin müavininin sözlərinə görə, bu vəziyyət müdafiə sistemlərini Rusiya silahları ətrafında quran ölkələrin, məsələn, Hindistanın da mövqeyinə təsir edir.

Nuland onu da vurğulayıb ki, Kreml hazırda sülh danışıqlarına tamamilə hazır deyil.

Xatırladaq ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland dekabrın 3-də Ukraynaya səfər edib. O, Prezident Ofisinin rəhbəri Andriy Yermak və ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink ilə görüşüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186056

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031