Çavuşoğlu xəbərdarlıq etdi: “Külək əkən qasırğa biçər!”

06.12.2022 - 20:13

Yunanıstan Egeyin şərqindəki adaların hərbiləşdirilməsini dayandırmalıdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rumıniyalı həmkarı Boqdan Auresku ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Afina beynəlxalq müqavilələrə əsasən silahsızlaşdırılmış zonalar hesab edilən adalara silah yerləşdirməkdən imtina etməlidir”, – deyə “Anadolu” agentliyi onun sözlərindən sitat gətirir.

Diplomat Ankaranın ona qarşı təhdidlərə məhəl qoymayacağını vurğulayıb.

“Külək əkən qasırğa biçər! Əgər Yunanıstan regionda sülhə qarşı olsa və geri addım atmasa, o zaman Türkiyə bütün lazımi addımları yerində atacaq”, – Çavuşoğlu xəbərdarlıq edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186156

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728