Macarıstan Ukraynaya əlavə 18 milyard avronun ayrılmasına mane oldu

06.12.2022 - 23:00

Macarıstan Aİ-nin maliyyə qanunvericiliyinə düzəlişləri təsdiq etməyib.

Avropa İttifaqı 2023-cü ildə Kiyevə əlavə makromaliyyə yardımı göndərməyi planlaşdırıb.

Macarıstan isə Avropa İttifaqının maliyyə nazirlərinin görüşü zamanı 2023-cü ildə Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımının ayrılmasına mane olub.

Cumhuriyyet.az bildirir ki, bu barədə ölkənin yerli mətbuatı Macarıstan rəsmilərinin qərarına istinadən məlumat yayıb.

İqtisadi və Maliyyə Məsələləri üzrə Şuranın iclasının açıq hissəsində Macarıstanın maliyyə naziri Mihali Varqa Ukraynaya pul ayrılmasına icazə verən qanunvericilik dəyişikliklərinin əleyhinə çıxış edib.

“Macarıstan maliyyə qanunvericiliyinə dəyişikliklərin əleyhinədir”- iclasda çıxış edən nazir bildirib.

Qeyd edək ki, söhbət bütün Aİ-yə üzv dövlətlər tərəfindən təsdiqlənməli olan uzunmüddətli maliyyə qanunvericiliyindən gedir.

Macarıstanın 2023-cü ildə Ukraynaya əlavə 18 milyard avro ayrılmasına mane olmasını iclasa sədrlik edən Çexiya Maliyyə Nazirliyinin rəhbəri Zbiqnev Staniura da təsdiqləyib. Onun sözlərinə görə, müttəfiqlər ümumilikdə layihəni qəbul edə bilməyiblər, lakin Brüssel bütün dövlətlər tərəfindən Ukraynaya dəstək üçün alternativ həll yolları axtarmağa davam edəcək.

“Bu, yanvarın əvvəlindən Ukraynaya yardım ayırmağa başlamaq ambisiyalarımızı azalda bilməyəcək. Mən İqtisadiyyat və Maliyyə Komitəsindən alternativ həll yolu tapmasını xahiş edirəm. Bu o deməkdir ki, biz bütün dövlətlərin dəstəkləyəcəyi həll yolu tapmalıyıq”- Çexiyalı nazir bildirib.

Qeyd edək ki, hələ noyabrın əvvəllərində Ukrayna mətbuatında Macarıstanın nazirlər səviyyəsində Ukraynaya əlavə 18 milyard avro makromaliyyə yardımının ayrılmasına mane olması barədə məlumat yayılmışdı.
Xəbər verdiyimiz kimi, Macarıstanın Ukraynanın NATO iclaslarında iştirakına mane də olur.

Macarıstan xarici işlər nazirinin sözlərinə görə, Budapeşt uzun illər əvvəl açıq şəkildə bəyan edib ki, ölkədəki macar icması məsələsi həll olunmayana qədər Ukrayna-NATO komitəsinin iclasının keçirilməsinə töhfə verməyəcək.

Kiyev Transkarpat macarlarının ölkədəki hüquqlarını qaytarmasa, Macarıstan Ukrayna ilə NATO arasında yaxınlaşmanı əngəlləməkdə davam etmək niyyətindədir.

Qeyd edək ki, rəsmi Kiyev və Budapeşt arasında münasibətlər 2017-ci ildə Ali Rada təhsil haqqında qanunu qəbul edəndə qığılcımlanıb. Macarlar bildiriblər ki, yeni qanunvericilik Zakarpat bölgəsində milli azlığın hüquqlarını pozur. Eyni zamanda, ölkənin Xarici İşlər Nazirliyi Ukraynanın NATO tədbirlərində iştirakını əngəlləməyə başlayıb.

2020-ci ilin noyabrında Ukrayna Təhlükəsizlik Xidməti Zakarpatiyadakı təşkilatlardan birində separatizmdə və qondarma “Böyük Macarıstan”ın təbliğatında şübhəli bilinərək axtarışlar aparıb. Bu, yerli başçının yeni seçilmiş deputatlarla birlikdə Syurt birləşmiş ərazi icmasında Macarıstan himnini oxumasından sonra baş verib.

Üçüncü dəfə bu vəzifəyə seçilən icma rəhbəri Arpad Puşkar bundan əvvəl də dəfələrlə birmənalı olmayan açıqlamalar verib.

Məhz bu hadisələrdən sonra Budapeşt və Kiyev arasında soyuqluq və qismən gərginlik davam edir.(sfera)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186168

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728