Dövlət Departamenti: “ABŞ Rusiyaya zərbə vurmaq üçün Kiyevə silah vermir”

06.12.2022 - 23:53


ABŞ Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynanı silahla təmin etmir.

Cumhuriyyet.az xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə çıxış edib.

Onun sözlərinə görə, söhbət yalnız müdafiə texnikasının tədarükündən gedir.

Prays bildirib ki, Vaşinqton Ukraynanı öz ərazisindən kənarda yerləşən hədəflərə zərbə endirməyə məcbur etmir.

“ABŞ hakimiyyəti Ukraynanın suverenliyini bərpa etmək üçün lazım olan müddətə qədər ona dəstək verəcək”, – Departament sözçüsü qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186175

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30