Ermənistanda bir sıra nazirliklərdə yoxlamalar başlayıb
Ermənistanın Dövlət Nəzarəti Xidməti Xarici İşlər və İqtisadiyyat nazirliklərində yoxlamalar aparmağa başlayıb.
Cumhuriyyet.az erməni agentliklərinə istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“Dövlət Nəzarəti Xidməti daha öncə Müdafiə nazirliyində və Penitensiar xidmətdə yoxlamalar aparıb.
Bütün dövlət strukturlarına, məmurlara təhvil verilən avtomobillər yoxlanılır. Məmurların avtomobillərinin katalizatorlarının oğurlanaraq satıldığına dair şübhələr var”, – deyə qəzet qeyd edib.(musavat)
Short URL: http://www.cumhuriyyet.net/?p=186464