“Macəra axtarmayın, nəticələri Yunanıstan üçün ağır olar!”- Çavuşoğlu

29.12.2022 - 15:32

“Ankara Egey dənizində Yunanıstanın ərazi sularının genişləndirilməsinə icazə verməyəcək”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında deyib.

“Yunanıstana xəbərdarlıq edirik – macəra axtarmayın! Nəticələri Yunanıstan tərəfi üçün çox ağır ola bilər”, – nazir bildirib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə həm Egey, həm də Aralıq dənizlərində öz maraqlarını müdafiə etməyə davam edəcək. Yunanıstanın ərazi sularının Afinada elan edilən 12 mil deyil, 1 mil belə, genişlənməsinə icazə verməyəcək.

XİN rəhbəri xatırladıb ki, Türkiyə parlamenti hələ 1995-ci ildə açıq qərar verib və buna uyğun olaraq Ankara Yunanıstanın Egey dənizi hövzəsində sərhədləri genişləndirməsini qəbul etməyəcək.(Azpost.info )

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186593

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031