Kəsilmiş əl barmağının yerinə ayaq barmağı tikildi – VİDEO

29.12.2022 - 18:33

Türkiyədə əl barmağı kəsilən kişinin əlinə ayaq barmağı tikilib.

Cumhuriyyet.az xəbər verir ki, hadisə Konya şəhərində baş verib.

Belə ki Yunus Kona adlı usta il yarım əvvəl işlədiyi tikintidə qəza nəticəsində sağ əlinin baş barmağını itirib.

Həkimlər ona sol ayağının orta barmağını əlinə tikməyi təklif edib. Bununla razılaşan Kona əməliyyata alınıb. Konanın sol orta barmağı kəsilərək əlinə tikilib.

“Zarafat etdiklərini düşündüm və güldüm. Əməliyyatdan çıxanda, həqiqətən də, ayaq barmağımın ora tikilmiş olduğunu gördüm. İndi çay içə və yazı yaza bilərəm. İndi əşyalar da tuta bilirəm”, – deyə Yunus Kona bildirib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=186634

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930