S-300 raketi Belarusa düşdü – Lukaşenko Ukraynanı günahlandırdı
S-300 raketi Belarusiyada qəzaya uğrayıb. Raket İvanovo ərazisində tarlada tapılıb
Mərmi isə Qərbi Ukrayna ilə sərhəddən 20 kilometr aralıda tapılıb, onun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu iddia edilir.
Cumhuriyyet.az bildirir ki, rəsmi Minsk artıq insidentdə Ukrayna Silahlı Qüvvələrinin günahkar olduğunu bəyan edib.
Dekabrın 29-da günorta saatlarında Belarusun Brest vilayətinin Qorbaxa kəndi yaxınlığında S-300 zenit-raket kompleksindən (SAM) buraxıla bilən raket düşüb. Bu barədə ölkədə hərbi gedişatı təqib edən“Belarusian Gayun” Telegram kanalı məlumat yayıb.
Raket İvanovo vilayətində tarlada tapılıb. Raketin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması barədə məlumat yerli ictimaiyyətə yayılıb. İlkin məlumata görə, itki yoxdur.
Belarus hakimiyyət orqanlarına yaxın olan mənbələrin bildirdiyinə görə, Aleksandr Lukaşenkoya raketin Belarus ərazisinə düşməsi barədə dərhal məlumat verilib.
Eyni zamanda Minsk bu raketin Ukraynaya məxsus olduğunu iddia edib. Lukaşenkonun tapşırığı ilə bir qrup hərbçi və müstəntiq hadisə yerində işləyir. Qeyd edək ki, Qorbaxa kəndi Ukraynanın qərb hissəsi ilə sərhəddən təxminən 20 kilometr aralıda yerləşir.
Belarus hakimiyyəti baş verənlərin 2 əsas versiyasını nəzərdən keçirir:
•raket Polşanın Przevoduv kəndində baş vermiş insidentlə analoji olaraq Belarus ərazisinə uçub, nəticədə 2 nəfər həlak olub;
•raket Belarusun hava hücumundan müdafiə sistemlərinin işləməsi nəticəsində vurulub.
Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti verdiyi açıqlamada Brest vilayətinin İvanovo şəhəri yaxınlığında S-300 kompleksinin raketinin düşməsi ilə bağlı məlumatı təsdiqləyib.
Ukrayna rəsmiləri isə Belarusa raketin düşməsi ilə bağlı hələlik şərh verməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=186700